Marka
Avantajlı Ürünler
Boya Ağırlığı
Fiyat
Fiyat Geçmişi
Renk
Ürün Puanı
Satıcı Tipi
MERCHANT_BADGES_INFO_TOOLTIP_APPROVE_SELLER_TITLE
Onaylanmış Satıcı
Türkiye’de veya uluslararası olarak yüksek bilinirliğe sahip markaların resmi satıcılarına “Onaylanmış Satıcı” rozeti verilir.
MERCHANT_BADGES_INFO_TOOLTIP_SUCCESSFUL_SELLER_TITLE
Başarılı Satıcı
Trendyol’daki son 6 ay performansıyla yüksek müşteri memnuniyeti sağlayan, kaliteli ve güvenilir hizmet veren satıcılara “Başarılı Satıcı” rozeti verilir.
MERCHANT_BADGES_INFO_TOOLTIP_AUTHORIZE_SELLER_TITLE
Yetkili Satıcı
Onaylanmış markaların resmi satıcılarının satışa sunduğu, ilgili markanın ürünlerine “Yetkili Satıcı” rozeti verilir.
Satıcı Tipi Nedir?
"

Ofis ve Mekteb Levazimatları

" araması için 100.000+ sonuç listeleniyor

Ən Çox Bəyənilən Ofis & Məktəb Ləvazimatları Trendyolda!

Bir çox sahədə istifadə edilən ofis və dəftərxana malları məktəblilərin və ofis işçilərinin daimi ehtiyacları arasında yer alır. Ofis və məktəb ləvazimatları məktəblərdə, kurslarda və digər təhsil müəssisələrində, eləcə də ofis daxili işlərdə ən önəmli ünsürlərdəndir. Bundan başqa, günlük həyatda bir çox hallarda bu əşyalara ehtiyac duyulur. Yazı yazma, hər hansı bir sənədi və ya sözləşməni, kontraktı imzalamaq kimi günlük həyatda adi hallarda belə ofis və məktəb ləvazimatları lazım olur. Hər hansı bir nömrəni və ya adresi yazmaq üçün, hesablama və ya qaralama edərkən istifadə edilən kiçik blaknotları, yazmaq üçün karandaşlar və qələmləri, eləcə də, hər hansı lazımlı bir kağız parçasının yırtılmış hissəsini yapışdırmaq üçün lazım olan skoçları gündəlik həyatda istifadə edilən məktəb ləvazimatlarına misal göstərmək olar. 7-dən 70-ə demək olar ki hər kəs günün müəyyən hissəsində qələm, kağız kimi təməl ehtiyaclardan faydalanır. Məktəbə qədər yaşdaki uşaqlaqların təhsil aldığı təhsil müəssisələrindən başlayaraq, məktəbə yeni başlayan birincilərin, orta məktəblilərin və abituriyentlərin təhsil aldığı qurumlarda mütləq şəkildə məktəbli ləvazimatları işlədilir. Həmçinin, hər yaş grubunun fərqli ləvazimatlara ehtiyacı olduğundan Trendyol geniş məhsul dağarcığı ilə xidmət göstərir. Övladınızın təhsil müəssisəsində, eləcə də hazırlıq programlarında ehtiyac duyduğu bütün növ kağız məhsullarını, qələm çeşidlərini, yükün daşınması üçün fərqli ölçülərdə xidmətinizə sunulan çanta növlərini fərqli markaların adı altında görə bilərsiniz. Büdcənizə uyğun və zövqünüzə xitab edən ən uyğun məhsulu seçərək rahat bir şəkildə sifariş etməyiniz mümkündür.

Məktəb və ofis ləvazimatları nədir?

Məktəbdə, dərslərdə istifadə ediləm, eləcə də ofis daxili işlərdə ehtiyac duyulan qələm, dəftər, A4, kağız tikən aparat və s. məhsullar məktəb və ofis ləvazimatları kateqoriyasına daxildir. Ofisdə istifadə edilən fotokopiya cihazının mürəkkəbi, kağızı, iş masasının üzərinə qoyulan qələmlik setləri, adınızın yazıldığı plakatlar ofisdə istifadə edilən təməl əşyalardandır. Övladınızın rahatlığını və dərslərindəki motivasiyasını düşündüyünüz kimi əgər ofis şəraitində bir işə sahibsəniz özünüz üçün də növbənöv ofis məhsullarına göz atmağınız xeyrinizə olacaq. Bununla birlikdə, dəftərxana və ofis ləvazimatları adından fərqli olaraq sadəcə bu məkanlarla bağlı işlərdə istifadə edilmiş. Sözü gedən məhsullar evdəki bir çox xırda işlərdə, digər iş sahələrində bəzi problemlərin həllində də istifadə edilir. Yazı yazmaqda istifadə edilən qələm kimi təməl bir ehtiyac bir çox iş sahəsində, eləcə də evdə və bir çox gündəlik işlərdə istifadə edilir. Vərəq və bənzəri əşyaların yapışdırılmasında istifadə edilən yapışdırıcılar, yazarını və mövzusunu sevdiyiniz bir çox kitablar, evdə, ofisdə istifadə edilən not yapışdırıcıları və asqılıqlar, bunun kimi bir çox dekorativ məhsullarını da məktəb və ofis malları kateqoriyasında tapa bilərsiniz. Məktəblinin ehtiyac duyduğu çiyin çantaları, bel çantaları, əl çantaları ilə yanaşı məktəbli çantasını dolduracaq bütün ləvazimatları evdən çıxmadan tamamlamaq mümkündür. Övladınızın dərslərinə daha həvəslə çalışmasını istəyirsinizsə onlara, xüsusilə də aşağı sinif şagirdlərinə oyuncaq şəkilli, rəngli qələmlər ala bilərsiniz.

Ehtiyacanıza Uyğun Ofis və Məktəb Ləvazimatı Çeşidləri

Ofis və məktəb ləvazimatları olaraq bilinən əşyalar məktəbdə, kurs və hazırlıq mərkəzlərində, evdə, ofisdə, eləcə də gündəlik həyatda tez-tez istifadə edilən məhsullardır. Fərqli kateqoriyalarda fərqli məqsədlər üçün istifadə edilən zəngin çeşidlilik mövcuddur. Dəftərxana ləvazimatları satışı ilə məşğul olan mağazaların cəm halda onlayn bir platformda toplanmağı müştərilərin rahatlığına və asan şəkildə alış-veriş etməyinə şərait yaradır. Öncəliklə, məktəb və evdə tez-tez istifadə edilən ləvazimatlardan biri dəftərlərdir. Not qeyd etmək istəyənlər üçün kiçik ölçülü qeyd dəftərlərindən A4 ölçülü qalır və böyük iş dəftərlərinə qədər hər ölçüdə və formada məhsulları gözdən keçirə bilərsiniz. Məktəblilərin dərslərini və çalışmalarını qeyd etmək üçün istifadə etdikləri dəftərlərlə yanaşı, gündəlik başından keçənləri yazmaq üçün emal edilən, tarixi və həftənin günlərini göstərən gündəliklər də mövcuddur. Spirallı və ya spiralsız formada olan modellərə nəzər yetirərək və istifadəçi rəylərini oxuyaraq sizə lazım olan ən doğru məhsulu satın ala bilərsiniz. Ev və ofislərdə, iş və dərs masanızın üzərində həm səliqəli görüntü əldə etmək həm də praktiki həll yolu vəd edən qələmlikləri və masa üstü setləri dəyərləndirmək mümkündür. Masanızın arxasında divarınıza dekorativ görüntü verən şəkil və notlarınızı yapışdırmaq üçün taxta və dəmir panolardan istifadə edə bilərsiniz. Eyni zamanda, bu panolarda şəkillərin asılmasında istifadə edilən ip, tutqac, iynə kimi ən xırda ehtiyacları da tapacaqsınız. Fotokopiya cihazlarının növünə uyğun olaraq toz halındakı kartuşlar, rəngli boyalar, A4 ölçüdə kağızlar və fərqli, məşhur markaların satışa təqdim etdiyi hər növ çantalar ən uyğun qiymətlərlə xidmətinizdədir.

Komforlu Çalışma İmkanı Vəd Edən Ofis Ləvazimatları

İş həyatınızı daha komforlu hala gətirmək üçün işləyərkən lazım olan bütün vəsaitlərin əlinizin altında olmağı önəmlidir. Yazı yazarkən istifadə edilən qələmdən lazım olan səhifələrin surətinin çıxarılması üçün lazım olan fotokopi aparatına qədər bütün ofis ləvazimatları sadəcə bir buton qədər uzağınızdadır. İş həyatının stresini və iş yükünü aradan qaldırmaq üçün ofisdə ehtiyac duyulan bütün materiallara uyğun qiymətlərlə sahib ola bilərsiniz. İş masanızın səliqəli görünməsinə, işləmək üçün daha çox yerin qalmağına xidmət edən iş masaları üçün hazırlanmış qələmliklər, not kağızlarının yerləşdirilməsi üçün xüsusi gözləri olan kiçik siyirməli dəstlər, eləcə də rəsmi dairələrdə istifadə edilən masa üstü dəstləri ilə işinizi daha həvəslə icra etmək mümkündür. Fotokopiya vərəqlərinin tikilməsi üçün istifadə edilən kağız tikən aparatlar fərqli qalınlıqda səhifələr üçün fərqli ebaltarda təqdim edilir. Eyni zamanda bu aparatların içlikləri, fərqli qalınlıqdakı karandaş içlikləri kimi detallar da unudulmur. Xüsusən dövlət dairələrində və rəsmi iş yerlərində sənədlərin toplanması və arxivlənməsi önəm daşıdığından, bu kağızların qoyulmaası üçün fayllara ehtiyac duyulur. Fərqli qalınlıqlarda və fərqli ölçülərdə satışa çıxarılan fayllara vərəqləri qoya bilmək üçün əvvəlcə kağızların deşilməsi və faylların dəmirlərindən keçirilməsi lazım gəlir. Bunun üçün istifadə edilən dəlgeç aparatları və tikilən kağızların sökülməsi üçün istifadə edilən xüsusi alətləri çox rahat bir şəkildə adresinizə sifariş edə bilərsiniz.

İstifadəçi Rəyləri vasitəsilə Doğru Məhsulu Seçmək İmkanı

Bir çox markanın məşhur brendlərini bir arada görüncə seçim etməkdə çətinlik çəkə bilərsiniz. Eyni funksiyanı görən bir çox məhsulu eyni anda dəyərləndirmək üçün vaxt və enerji lazımdır. Bu cür çətinliklərin qarşısını almaq və vaxtdan qənaət etmək üçün istifadəçi rəylərinə baxaraq almaq istədiyiniz məhsulun sizin işinizə nə dərəcədə yaraya biləcyini təyin edə bilərsiniz. Eyni zamanda, böyük bir platforma alış-veriş edərkən ofis & məktəb ləvazimatları qiymətləri arasında qarşılaşdırma etmək də mümkündür. İstifadəçi rəyləri ilə sadəcə məhsulun keyfiyyəti haqqında məlumat almaqla qalmır, eyni zamanda, hansı sahədə, necə istifadə ediləcəyini də bilirsiniz. Məsələn qələm uclarının ölçüsünə qərar verə bilmədikdə açıb rəyləri oxuyaraq hansı qələmin hansı yazılarda daha istifadəyə yararlı olduğunu bilmək mümkündür. Eləcə də məktəbliyə alınan çantanın ölçüsünə qərar cerə bilmədikdə də istifadəçi rəyləri köməyinizə yetişir. Hansı sinif şagirdinin hansı kitablarının çantaya sığıb sığmadığı haqqında belə ən kiçik detallara toxunan rəylərə də rast gəlmək mümkündür. İlk dəfə məktəb bazarlığı edənlərin istifadəçi rəylərinə göz atmağı önəmlidir. Trendyolun təqdim etdiyi məşhur markaların brendləri ilə övladınızın bütün mətkəb ləvazimatlarını tək səfərdə həll etmiş olacaqsınız. Çox sadə şəkildə, siyahınızdaki məhsulları həm öz qərarınızla həm də istifadəçi rəylərinin köməyi ilə seçib səbətə ataraq, sonra isə bir butona basaraq rahat şəkildə sifarişi həyata keçirə bilərsiniz. Fərqli formalarda və fərqli rənglərdəki qələmlər, not dəftərləri şagirdlərin diqqətini çəkir. Eləcə də əmək dərsində istifadə edilən qayçı, iynə-sap, oyun xəmirləri və bənzəri məhsulları uyğun qiymətlərlə əldə edə bilərsiniz. Bütün fənlərdə əlavə materiallara ehtiyac duyulur. Coğrafiya dərslərində istifadə edilən siyasi və coğrafi xəritələr, kimya dərsi üçün lazım olan molekul modelləri, riyaziyyat, həndəsə dərslərinə aid xətkeşlər, sirkullar və digər fənlərə gərəkli olan əşyaları tək bir onlayn platformda tapa bilərsiniz. Evdən çıxmadan, vaxtınıza və enerjinizə qənaət edərək məktəb ləvazimatları siyahısını tamamlamış olacaqsınız.

Hər Məktəblinin Ehtiyac Duyduğu Dəftərxana Məhsulları

Xüsusilə hər gün istifadə edilən və bitməsi ilə işləri axsadan məhsulları topdan almaq daha da sərfəlidir. Beləliklə pərakəndə alış-verişə nəzərən topdan alış-veriş edərək həm büdcənizə qənaət etmiş olarsınız, həm də çətin vəziyyətdə qalmazsınız. Şirkətlərdə, tədris mərkəzlərində və digər ofis tipli iş yerlərində qələm setlərini, qələm içliyi, kağız tikən aparat içliyi, A4 kağızları, not kağızları kimi tez-tez tükənən məhsulları topdan almaq daha məqsədə uyğundur. Türk və dünya brendlərinin təqdim etdiyi keyfiyyətli məhsullar arasında ofisinizdə istifadə edə biləcəyiniz fərqli vasitələri görə bilərsiniz. Məktəbli çantaları satın almaq istəyənlərin istifədə edəcək insanın boyunu və ölçüsünü nəzərə almağı mütləqdir. Eyni zamanda yandan asılmalı və kürək çantaları arasında da seçim etmək lazımdır. Məktəbli çantaları tək və ya dəst halda satışa qoyulur. Aşağı sinif şagirdləri üçün daha çox dəst çantalara üstünlük verilir. Dəstin içərisinə kitab və dəftərlərin, eləcə də digər ləvazimatların qoyulması üçün bir ədəd böyük çanta, yemək saatında yeyiləcək meyvə və yeməklərin daşınması üçün isə bir ədəd kiçik yemək çantası daxildir. Bununla birlikdə, çantalar, kürəyə taxılan, yandan asılan, eləcə də təkərli bavul çanta formasında olur. Hansı çanta növünün daha rahat istifadə ediləcəyini düşününsünüzsə o kateqoriyadakı məhsulları dəyərləndirə bilərsiniz.

Məktəb Ləvazimatları Siyasını Ən Uyğun Qiymətlərlə Tamamlayın

Məktəbə yeni başlayan və məktəbə davam edən uşaqlar üçün məktəb alış-verişi qaçınılmaz bir hadisədir. Ancaq, Trendyolun təklif etdiyi onlayn alış-veriş imkanı işinizi olduqca asanlaşdıracaq. Məktəb ləvazimatları siyahısı nə qədər uzun olsa da, təklif edilən çeşidlilik və çox geniş qiymət şkalası ilə alış-veriş etmək daha rahat və asandır. Bir məktəblinin təməl ehtiyaclarından olan karandaş, qələm və dəftər çeşidlərini fərqli markaların adı altında tapa bilərsiniz. Dünya və Türkiyə markaları ilə yanaşı məktəb və ofis ləvazimatları adı altında Azərbaycan markasına aid bir çox karandaş, qələm, dəftər, rəsm dəftəri, sulu boya və fırça çeşidlərini eləcə də digər məhsulları görə bilərsiniz. Ehtiyacınıza uyğun olan ləvazimatları axtararkən zəngin çeşidlilik arasında məhsulları dəyərləndirərək ən doğru çeşidi sifariş etmək asan olacaq. Məktəbli çantası, qələm, dəftər, karandaş və silgi kimi ən təməl ehtiyaclarla yanaşı, yemək çantalarına, rəngli rəsm karandaşlarına, 12, 20, 40, 80 və daha fərqli səhifə sayına sahib dəftərlərə, kalendarlı blaknotlara və hesablama üçün istifadə edilən sadə və elmi kalkulyator kimi lazımlı məhsullara uyğun qiymətlərlə sahib ola bilərsiniz. Yuxarı sinif şagirdlərinin, eləcə də universitet tələbələrinin xüsusilə riyaziyyat, kimya, fizika kimi dərslərdəki bəzi hesablamaları etmək üçün elmi hesab maşınına, kalkulyatora ehtiyacları olur. Bu aparat ilə törəmə, logarifma, sin, cos. kimi çətin hesablamaları asanlaşdırmaq mümkündür. Bununla birlikdə, xüsusilə həndəsi fiqurların çəkilməsində istifadə edilən fərqli ölçülərdə və fərqli quruluşlarda xətkeşlər, sirkullar istifadə edilir. Dərslərinizin uğurlu şəkildə keçməyi üçün lazım olan hər növ məktəbli ləvamimatlarını Trendyol’da tapa bilərsiniz.