Sifariş verildiyi anda bütün sifariş prosesi start götürür.
• Satıcı Türkiyədəki karqo şirkətinə paketi verdiyi anda izləmə linki yaradılır. Həmin paketin izləmə linkinə sifariş detalları səhifəsindən baxa bilərsən.
• Karqoya verilən məhsulların sənə təhvil veriləcək tarix aralığına "Təxmini təhvil tarixi" hissəsindən baxa bilərsən.
• Sifariş etdiyin zaman 1-dən çox sifarişin olduğu halda bağlamaların fərqli karqolara verilir və rahat izləyə bilməyin üçün bir neçə izləmə kodu yaradılır.
Bağlama ilk öncə yaxşıca bağlanır və xarici anbara göndərilir.
Bağlaman ilk öncə Türkiyədən yola salınır və bu əsnada bağlamanın statusunu "Sifariş yoldadır' olaraq görə bilərsən. Məhsullar Türkiyədəki anbara çatdırıldığı zaman status "Xarici anbardadır" olaraq dəyişir.
Sifarişini gömrükdən keçirmək üçün Smart Customs bəyannaməsini etməyin mütləqdir.
• Sifarişin yola çıxdıqdan sonra e.customs.gov.az və ya Smart Customs tətbiqində gömrük bəyannaməsi etməlisən. Sifarişinin gecikməməsi üçün bəyannaməni ən qısa zamanda etməlisən.
• Məhsulların göndərilən qaydalara uyğun olub olmadıqları barədə Türkiyə və Azərbaycan gömrüklərində nəzarətdən keçirilir.
• Paket Türkiyədəki transfer mərkəzinə gəldikdən sonra gömrük nəzarəti üçün hazırlanır, Smart Customs bəyannaməsi üçün sənə SMS, mail və ya tətbiq daxilində məlumat göndərilir. Bu bildirişdən sonra 30 gün ərzində bəyannamə əlavə edə bilərsən. Gömrük bəyannaməsi əlavə edilməyən sifarişlər üçün məbləğ iadəsi edilmir.
Gəl Al Nöqtələrinə və ya ünvana çatdırılma baş tutur.
• Sifariş zamanı ünvana çatdırılma seçmişdinsə, bağlaman birbaşa qeyd etdiyin ünvanına gələcək.
• Ünvanda olmadığın təqdirdə növbəti iş günündə bağlaman sənə çatdırılacaq.
• İkinci cəhddə də bağlamanı sənə təhvil vermək mümkün olmadığı halda bağlama ən yaxın Gəl Al Nöqtəsinə verilir. Məhsulu 30 gün içərisində təhvil almalısan.
•Təhvil alınmayan bağlamanın ödənişi geri qaytarılmaz.
Sifariş zamanı Gəl Al Nöqtəsi seçmisənsə, həmin məntəqəyə bağlama çatdırılır.
• Sifariş zamanı Gəl Al Nöqtəsinə təhvil seçmisənsə, bağlaman seçdiyin məntəqəyə təhvil veriləcək.
• Məhsulu seçdiyin Gəl Al Nöqtəsindən 30 gün içində FIN kodunu təqdim edərək təhvil ala bilərsən.
• Gəl Al Nöqtəsindən götürülməyən bağlamaların ödənişi geri qaytarılmaz.
Bəzi səbəblərə görə bağlama sənə çatdırılmaya bilər.
•Ünvanda tapılmama,
• Yalnış ünvan bəyannaməsi,
• 30 gün içində Smart Customs bəyannaməsinin tamamlanmaması,
• 30 gün içində bağlamanı Gəl Al Nöqtəsindən təhvil almasan, bağlama sənə verilmir və məbləğin geri qaytarılmır.